Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent İrana qarşı sərt bəyanatlarla çıxış edib.
O, Tehranla gələcək danışıqlar perspektivindən, eləcə də rəsmi Vaşinqtonun İrana qarşı tətbiq edəcəyi yeni məhdudlaşdırıcı tədbirlərdən danışıb.
KONKRET.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin rəhbəri İrana qarşı əvvəllər imzalanmış memorandumun (MOU) niyə işləmədiyini açıqlayıb:
“Prinsipcə, memorandumun (MOU) işləməməsinin əsas səbəbi onların həmin vaxt real razılığa gəlməyə hazır olmaması idi. İndi ise mənim əsas vəzifəm onların məcbur olub razılığa gəlməsini təmin etməkdir. Və inanın ki, onlar sonda bu sövdələşməni imzalamaq məcburiyyətində qalacaqlar”.
ABŞ-ın təzyiq mexanizmlərini gücləndirəcəyini vurğulayan nazir yaxın günlərdө yeni maliyyə sanksiyalarının elan olunacağını bildirib:
“Çox güman ki, hələ bu həftə İranın banklarından birinə qarşı yeni sanksiyaların tətbiq olunduğunu elan edəcəyik, gələn həftə ise növbəti məhdudiyyətlər paketini açıqlayacağıq. Prezident Tramp bu məsələyə birdəfəlik son qoymaqda qərarlıdır”.
İran xalqına qarşı hər hansı bir düşmənçiliklərinin olmadığını qeyd edən amerikalı rəsmi Tehran rejimini sərt şəkildə tənqid edib:
“İran xalqı həqiqətən də böyük xalqdır və onların yenidən qlobal maliyyə və dünya sisteminə qayıtmaq üçün əla şansları mövcuddur. Lakin hazırda onlar sərt repressiyalarla üz-üzədirlər. Kiçik bir qrupun ölkədə əbədi olaraq hakimiyyətdə qalması qəbuledilməzdir”.
Natiq Səlim,
KONKRET.az