ONLAR RƏİS TƏYN EDİLDİ Gömrükdə təyinatlar

10.02.2026

Icma.az, Mia.az saytına istinadən bildirir.

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

Mia.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib/qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью