Onlar rüsvayçı şəkildə məğlub olacaqlar Paşinyan

26.05.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan komandasının üzvləri ilə görüşdə radikal müxalifətin iyunun 7-də keçiriləcək parlament seçkilərində rüsvayçı şəkildə məğlub olacağını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrə istinadla məlumat yayıb.

“Radikallar kompromat materialları ilə amansızcasına məhv edilməlidir”, - Baş nazir deyib.

Nəşrin yazdığına görə, Nikol Paşinyan müvafiq qurumlara müxalifət liderlərinin rüsvayçı fəaliyyətlərinin ifşa edilməsi barədə əmr verib.

“Lazımi kompromatları tapın və rüsvay edin, onlar 7 iyun gecəsi məğlub olacaqlar”, - Ermənistan rəhbəri əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью