Onlar sərbəst buraxılıb

14.03.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bugün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılan tanınmış vəkil Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və Media Hüquqları İnstitutun koordinatoru Xalid Ağalıyev sərbəst buraxılıb.

Gununsesi.info bildirir ki, hər iki şəxs ictimai fəallar Bəşir Süleymanlı və Məmməd Məmmədzadə ilə birlikdə Baş Prokurorluqda istintaq olunan “QHT İşi” çərçivəsində oraya çağırılıb. Çağırılanlardan Bəşir Süleymanlı barəsində istintaq orqanının verdiyi təqdimata əsasən məhkəmə həbs-qətimkan tədbiri seçib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью