GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın Rusiya tankerlərinə hücumlarından sonra Moskva Qara dənizdə cavab tədbirlərini genişləndirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Moscow Times” məlumat yayıb.
Prezident Vladimir Putin bildirib ki, Rusiya Ukraynanın liman infrastrukturlarına və bu limanlara daxil olan gəmilərə qarşı hücumları artırmağı nəzərdən keçirir.
Onun sözlərinə görə, neytral sularda tankerlərə zərbə endirmək piratlıq sayılır və sərt şəkildə cəzalandırılmalıdır.
“Bu hücumu təşkil edənlər və onların havadarları sərt şəkildə cəzalandırılmalıdır. Son zamanlar bu hücumların artdığını görürük və bunu diqqətlə nəzərdən keçiririk. Ərazidə baş vermiş istənilən hadisə diqqətimizidən yayına bilməz”.
Putin əlavə edib ki, Kiyevi dəstəkləyən ölkələrin gəmiləri də hədəfə çevrilə bilər. Onun fikrincə, ən radikal variant Ukraynanı tam şəkildə dənizdən təcrid etməkdir. Prezident bunun Kiyevin və onun arxasında duranların fəaliyyətlərinə yenidən baxmasına səbəb olacağını deyib.
Tahir Turan
Globalinfo.az