Onlar Səudiyyə Ərəbistanında görüşəcək

13.02.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ prezidenti həm Putin, həm də Zelenski ilə üz-üzə görüşəcəklərini qeyd edib.

“Bu müharibəni bitirmək istəyirik. Yəqin ki, ilk görüşümüz kimi Səudiyyə Ərəbistanında görüşəcəyik. Putin və prezident Zelenski hər ikisi sülh istəyir. Mən də sülh istəyirəm. İnsanların öldürülməsini dayandırmaq istəyirəm”, - deyə o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью