Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Atletik”in futbolçusu Robert Navarro “Qarabağ”la oyundan sonra rəqibi yüksək qiymətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, o, görüşdən sonra verdiyi açıqlamada Azərbaycan təmsilçisinin güclü oyun nümayiş etdirdiyini bildirib:
“Onlar tanınmayan liqada oynayırlar. Buna baxmayaraq, çox əla mübarizə aparan komandadır. Daha əvvəl ‘Benfika’ və ‘Kopenhagen’i məğlub ediblər. Biz bu qarşılaşmada bir az əziyyət çəkdik. Amma üç xal qazandığımız üçün xoşbəxtik”.