Onlar Tehranda saxlanıldı

23.06.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

İranın paytaxtı Tehranın şimal-qərbindəki dağlıq ərazidə hücumlarda istifadə edilən pilotsuz uçuş aparatlarına nəzarət edən iki nəfərin saxlanıldığı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tehranın şimal-qərbində keçirilən əməliyyatda pilotsuz təyyarə göndərən bir qrup şəxs aşkar edilərək tutulub.

Həmçinin çoxlu sayda pilotsuz uçuş aparatının, idarə və istiqamətləndirici avadanlıqlarının da ələ keçirildiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью