Onlar Trampı sakitləşdirmək üçün bu addımı atdılar

29.01.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ, Danimarka və Qrenlandiya nümayəndələri Qrenlandiya ilə bağlı yeni çərçivə sazişi üzrə danışıqlara başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.
Məqsəd Prezident Donald Trampın ABŞ-ın adadakı mövcudluğunu artırmaq istəyini nəzərə almaq, eyni zamanda adanın suverenliyinə toxunmamaqdır.
Danimarka səfirliyinin mətbuat katibi Oliver Rute Skov bildirib ki, danışıqlar ABŞ-ın Arktikada təhlükəsizlik narahatlıqlarını Danimarka və Qrenlandiyanın “qırmızı xətləri”ni pozmadan həll etməyə yönəlib.
Planlaşdırılan saziş ABŞ raketlərinin yerləşdirilməsi, təbii sərvətlərin istismarı və NATO-nun Arktikadakı mövcudluğunun artırılması, həmçinin 1951-ci il müdafiə sazişinin yenidən gözdən keçirilməsini əhatə edəcək.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью