Onlar üçün Çempionlar Liqası mövsümü bitdi | Icma.az
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq. UEFA Çempionlar Liqasında iki komandanın növbəti mərhələyə yüksəlmək şansları qalmayıb.
“Qafqazinfo” xəbər verir ki, bunlar İspaniyanın “Vilyareal” və Qazaxıstanın “Kayrat” klublarıdır.
Hər iki komanda ötən gecə aldığı məğlubiyyətdən sonra bütün şansını itirib.
Belə ki, “Vilyareal” “Ayaks”a 1:2, “Kayrat” isə “Brügge”yə 1:4 hesabı ilə məğlub olub. Hər iki komandanın hesabında cəmi 1 xal var.
Qalan 34 komandanın isə növbəti mərhələ şansları davam edir. “Arsenal” isə artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu