Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
ABŞ husilərə təzyiqi artıracaq.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib.
Heqsetin sözlərinə görə, husilər üçün vəziyyət daha da pis olacaq. O bildirib ki, rəsmi Vaşinqton husilər ABŞ gəmilərinə hücumları dayandırana qədər təzyiqi davam etdirəcək.
“Biz zərbələri azaltmaq niyyətində deyilik. Husilər bizim gəmilərə hücumları dayandırdıqlarını elan edənədək zərbələrimiz daha da ağır olacaq. Bizim təzyiq üçün daha çox imkanımız və variantlarımız var”, – Heqset bildirib.
Aysel Əliyeva
Globalinfo.az