Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində tətbiq olunan yeni qaydalar artıq qüvvəyə minib. Dəyişikliklər sığorta haqqının hesablanması mexanizmini əhatə edir və sürücülərin ödəyəcəyi məbləğlərə təsir göstərə bilər. Yeni sistemin sığorta bazarına və avtomobil sahiblərinə təsiri isə maraq doğuran məsələlərdən biridir.
Məsələ ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirib ki, sığorta haqları bundan sonra daha ədalətli prinsiplər əsasında hesablanacaq:
“Belə ki, qəzasız sürücülər üçün sistem 5 faiz endirim tətbiq edəcək. Yəni, sürücünün hadisə tarixçəsi yoxdursa, o, daha aşağı sığorta haqqı ödəyəcək. Əksinə, qəza törədən şəxslər üçün sığorta haqqına avtomatik olaraq 30 faiz artım tətbiq olunacaq. Əvvəllər etibarnamə mexanizmindən istifadə etməklə bəzi hallarda sığorta haqqını aşağı salmaq mümkün olurdu. Məsələn, avtomobil daha aşağı risk qrupuna aid şəxsin adına sığortalanır, faktiki istifadəçi isə etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edirdi. Bu da müəyyən hallarda sistemdə balanssızlıq yaradırdı. Yeni qaydalara əsasən isə bir nəqliyyat vasitəsi üzrə bir neçə şəxsin etibarnaməsi varsa, sığorta haqqı həmin şəxslər arasında qəza tarixçəsi ən ağır olan, yəni sığorta şirkətinə daha çox zərər vuran sürücünün risk göstəricisinə əsasən hesablanacaq. Bu yanaşma həm sui-istifadə hallarının qarşısını alacaq, həm də risklərin daha real qiymətləndirilməsinə imkan verəcək”.
O deyib ki, bu dəyişiklik sığorta şirkətləri üçün də icbari avtomobil sığortası növünü daha cəlbedici edir:
“Çünki indiyədək bir çox sığorta şirkətləri bu sahədə yüksək zərərlə üzləşdiklərinə görə həmin xidmətə böyük maraq göstərmirdilər. Onlar qanunun tələbi əsasında icbari sığorta xidməti təqdim etsələr də, bu sahəyə kommersiya baxımından çox həvəsli yanaşmırdılar. Yeni sistem tətbiq olunduqdan sonra isə sığorta şirkətlərinin bu sahəyə marağının artacağı gözlənilir. Eyni zamanda sürücülər üçün də daha məsuliyyətli davranış stimullaşdırılacaq. Daha diqqətli, nizamlı və qaydalara əməl edən sürücülər qəzasızlıq bonusundan faydalanacaqlar. Zərər vuran sürücülər isə vurduqları zərərin maliyyə nəticəsini növbəti sığorta dövründə daha yüksək ödəniş etməklə hiss edəcəklər. Bu, kifayət qədər ədalətli yanaşmadır. Sistemin İcbari Sığorta Bürosu tərəfindən, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə təkmilləşdirilməsi müsbət qiymətləndirilməlidir. Ən vacibi isə odur ki, bu sistem dinamik olacaq və gələcəkdə də daha effektiv işləməsi üçün davamlı şəkildə təkmilləşdiriləcək”.
Beləliklə, icbari sığorta sahəsində tətbiq edilən yeni qaydalar sürücü məsuliyyətini artırmağa və bazarda şəffaflığı təmin etməyə xidmət edir. Bu sistem sığorta şirkətlərinin zərərliliyini azaldaraq kommersiya maraqlarını qoruyur. Hüquqi tənzimləmə yollarda təhlükəsizlik qaydalarına əməl olunmasını iqtisadi rıçaqlarla təşviq edəcək.
Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirib ki, sığorta haqları bundan sonra daha ədalətli prinsiplər əsasında hesablanacaq: