Onlar Ukrayna ordusunu və Ukrayna dövlətini maliyyələşdirmək istəyirlər

01.10.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Avropa İttifaqı (Aİ) Ukraynanın hərbi maraqlarına xidmət edən yeddi illik büdcə planı hazırlayıb". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Brüssel Avropa İttifaqından daha çox Ukraynaya yönəlmiş yeddi illik büdcə planı hazırlayıb. Avropanın real problemlərini - rəqabət qabiliyyəti, enerji təhlükəsizliyi və iqtisadi artımı həll etmək əvəzinə, onlar Ukrayna ordusunu və Ukrayna dövlətini maliyyələşdirmək istəyirlər", - o bildirib.

Siyarto həmçinin bəyan edib ki, Aİ müharibəyə hazırlaşır və Avropa ölkələri xalqının, o cümlədən macarların bunun əvəzini ödəməsini istəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью