Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Uşağın gələcək təhsil istiqamətinə uyğun olaraq, illərdir ki, sadəcə dərsliklər deyil, əlavə test tapşırıqlarına xüsusi üstünlük verirəm.
Hər tədris ilin ilk aylarında bir neçə günümü ayırıb kitab mağazalarını “monitorinq” edirəm.
Hansı test kitabları daha çox satılır, hansı müəlliflərin tərtibi daha düzgündür, müəllimlər hansı materialları daha çox tövsiyə edir, repetitorlar hansı müəllifləri daha peşəkar hesab edirlər – deyə hamısını mümkün qədər diqqətlə analiz edirəm".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, maraqlı bir nəticə ortaya çıxır: "Deməli, ən çox təriflənən müəlliflərin böyük qismi vaxtında universitetə yüksək balla belə daxil olmayıb.
Məsələn, konkret bir fənn üzrə maraqlananda, bir-birini tanımayan bir neçə müəllim eyni test kitabını “peşəkar, dolğun və düzgün hazırlanmış” hesab edir.
Müəllif barədə maraqlananda görürəm ki, o, regiondakı nüfuzu yüksək olmayan ali məktəbə aşağı balla daxil olub.