Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
İraq silahlı qruplaşması olan “Kataib Hizbullah”ın üzvləri partlayışlar törətmək üçün qeydiyyatdan keçməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə İran International məlumat yayıb.
Bu addım təşkilatın İran İslam Respublikasını dəstəkləmək üçün daha genişmiqyaslı münaqişəyə hazır olduğunu açıqlamasından sonra atılıb.
Dərc olunmuş fotoşəkillərdə ağ kəfənli silahlıların “intihar əməliyyatları” üçün könüllü sənədləri imzaladığı göstərilir. Bu həftənin əvvəlində ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan “Kataib Hizbullah” döyüşçülərini və tərəfdarlarını İrana qarşı təhdidlərə cavab olaraq tammiqyaslı müharibəyə hazırlaşmağa çağırıb.
Qrup İraqın Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsidir və ABŞ və müttəfiqlərinin bölgədəki hədəflərinə hücumları ilə tanınır.
Müşviq Tofiqoğlu
KONKRET.az