Onlar xaricdə təhsil alacaq SİYAHI

24.07.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan təqaüdçülərin siyahısı müəyyən olunub.

“Cebheinfo.az” xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. 

Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью