Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Alban-Udi xristian dini icması üzvlərinin Xudavəng monastır kompleksinə səfərləri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Albaniyasının mədəni və dini irsini yaşadan Alban-Udi xristian dini icmasının üzvləri rayon ərazisində yerləşən, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.
İcma üzvləri monastırda dini ayinləri yerinə yetiriblər, ibadət şamları yandırıblar, Azərbaycan xalqının rifahı və əmin-amanlıq üçün dualar ediblər.