Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aktyorlar Cennifer Eniston və Bred Pitt yenidən ünsiyyətə başlayıblar.
OLAY yazır ki, keçmiş həyat yoldaşları artıq bir müddətdir birlikdə vaxt keçirirlər.
İnsayderlərin sözlərinə görə, Pitt mütəmadi olaraq Enistonun “The Morning Show” serialının çəkiliş meydançasına baş çəkib. Onu birbaşa aktrisanın treylerinədək gətiriblər və onlar orada ikilikdə nahar ediblər. Bu ziyarətlər ən azı həftədə bir dəfə baş verib. Bundan əlavə, keçmiş həyat yoldaşları aktrisanın evində də görüşüblər.
Qeyd olunur ki, Pitt və Eniston 2020-ci ildə SAG Awards mərasimində görüşdükdən sonra yenidən yaxınlaşıblar. Keçmiş həyat yoldaşları bir-birinin nömrəsini götürüblər və ilk mesajı aktyor göndərib.