Onlara 20 milyon dollar veriləcək

07.11.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ İranın nüvə proqramı barədə məlumat verənlərə 20 milyon dollar mükafat təklif edir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı mühüm məlumatları təqdim edən şəxslərə 20 milyon dollaradək mükafat vəd edib.
Bildirilib ki, mükafat İranın nüvə proqramı, nüvə obyektləri, müvafiq avadanlıqlar, eləcə də bu sahədə çalışan şəxslər və onların fəaliyyəti barədə məlumat verənlərə şamil olunur.
Məlumat verən şəxslərə mükafatla yanaşı, təhlükəsiz yerə köçürülmə imkanı da təklif edilir.
Qeyd edək ki, proqramın məqsədi ABŞ üçün əhəmiyyətli hesab edilən məlumatların əldə olunmasıdır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью