“Onlara etibar yoxdur” Tramp İrana “davranışını dəyiş” çağırışı etdi

12.06.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma barədə nikbin açıqlamalarından cəmi bir gün sonra Tehrana qarşı sərt ittihamlar səsləndirib.

Sherg.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında yazıb ki, İran tərəfindən mediaya sızdırılan şərtlərin ABŞ-la əldə olunan razılaşma mətninə heç bir aidiyyəti yoxdur.

“İranın yaydığı məlumatların, o cümlədən razılıq əldə edildiyinə dair açıqlamalarının reallıqla heç bir əlaqəsi yoxdur. Onlar etibar edilməyən və danışıqları son dərəcə çətin olan insanlardır”, - deyə ABŞ lideri bildirib.

Tramp həmçinin Hindistan gəmilərinə qarşı Hörmüz boğazı yaxınlığında baş verdiyi iddia olunan pilotsuz uçuş aparatı hücumlarını “tamamilə qəbuledilməz” adlandırıb və İranı davranışını dəyişməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ mediası Vaşinqton və Tehran arasında memorandum layihəsinin razılaşdırıldığını, sənədin Hörmüz boğazının açılması, sanksiyaların mərhələli yumşaldılması və nüvə danışıqlarının davam etdirilməsini nəzərdə tutduğunu yazmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью