Icma.az, Reyting.az saytına istinadən bildirir.
Qırğızıstanda uşaq və qadınlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilir.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Qırğızıstanda uşaqların və qadınların həyatına və cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli sayılanlar üçün ölüm hökmünün bərpa edilməsi zərurəti ilə bağlı müzakirələr sona çatıb.
Məlumatda deyilir ki, Qırğızıstan Prezidenti Administrasiyası ölkənin Cinayət Məcəlləsinə bu cür cinayətlərə görə ömürlük azadlıqdan məhrumetmə cəzasının ölüm hökmü ilə əvəzlənməsini nəzərdə tutan qanun layihəsinə düzəlişləri ictimaiyyətə təqdim edib.
V. QULİYEV