Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İranda hökumətin internetə tətbiq etdiyi sərt məhdudiyyətlər biznes sektorunu iflic vəziyyətinə salıb.
“Qafqazinfo” “Iran International”a istinadla xəbər verir ki, İran-Çin Ticarət Palatasının rəhbəri Məcid Rza Həriri ölkədəki sahibkarların üzləşdiyi ağlasığmaz qadağalar barədə məlumat verib.
“Hazırda biznesmenlərə internetdən gün ərzində cəmi 20 dəqiqə istifadə etməyə icazə verilir. Bu qısa müddət ərzində internetə çıxış əldə etmək üçün tacirlər əvvəlcə xüsusi qeydiyyatdan keçməli və hökumət nəzarətçisinin müşahidəsi altında fəaliyyət göstərməlidirlər. Bu, tamamilə qəbuledilməzdir, ona görə ki, bu vaxt kifayət etmir”, – deyə o söyləyib.
Xatırladaq ki, ölkədə davam edən etiraz aksiyaları fonunda internet üç həftədən çoxdur, demək olar ki, tamamilə bloklanıb. Rəsmi Tehran şənbə günü şəbəkənin bərpa olunacağını vəd etsə də, sözügedən məsələ hələ də yerinə yetirilməyib.