Onlara icarəyə avtomobil verənləri CƏZA GÖZLƏYİR

07.06.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Son zəngə görə maşın sifariş edə bilərsniz... Sürücülük vəsiqəsi tələb olunmur… Qiymətlər isə maşının markasına və saxlanılma müddətinə görə dəyişir. Saatı 100 manata olan da var günü 300 manata olan da...

Bakupost.az xəbər verir ki, bəzi rentekar şirkətləri eləcə də fərdi avtomobili olanlar son zəngin yaxınlaşmasından istifadə edirlər. Belə ki məktəbi bitirən şagirdlərə əylənmək məqsədilə maşın icarəyə götürülməsini təklif edirlər. Maraqlananlar da az deyil.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisindən bildirildi ki bu kimi hallar, sürücülük hüququ olmadan sükan arxasına əyləşənlər ağır qəzalara səbəb ola bilər.

İdarə valideynlərə və maşın icarəyə verən şəxslərə xəbərdarlıq edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью