Onlara ismarış çatdıran 3 ölkə var

23.03.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə, Misir və Pakistan son 2 gündə ABŞ və İran arasında mesajlar ötürən ölkələrdir.

"Yeni Sabah" Axios-a istinadən xəbər verir ki, 3 ölkənin yüksək vəzifəli rəsmiləri Ağ Evin nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca danışıqlar aparıblar.

"Vasitəçilik davam edir və irəliləyir. Müzakirələr müharibənin bitməsinə və qalan bütün həll olunmamış məsələlərin həllinə yönəlib. Ümid edirik ki, tezliklə cavablar alacağıq", - mənbə bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bu vasitəşiliyin mövcudluğunu təsdiqləyib. Lakin Tehranda bu məlumat təkzib olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью