Onlara miçman rütbəsi veriləcək

03.04.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Nazirlər Kabineti “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” 22 may 2024-cü il tarixli qərarında dəyişiklik edib.
Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bundan sonra adı çəkilən hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara müdafiə nazirinin əmri ilə “gizir” hərbi rütbəsi ilə yanaşı "miçman" hərbi rütbəsi də veriləcək. Bunun üçün hər 3 kollecin nizamnamələrinə dəyişiklik olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью