Onlara mülki odlu silah əldə etmək hüququ verilir Yeni Çağ Media

23.01.2025

Icma.az bildirir, Yenicag portalına istinadən.

Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Xidməti və mülki silah haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanunun 2.1. 7-ci maddəsinin I hissəsinə “mülki silah” sözlərindən sonra “(odlu silah istisna olmaqla)” sözləri və “Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır.” məzmununda ikinci cümlə əlavə edilir./unikal

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью