Onlara nə şaxta, nə də isti təsir etmir: Ukrayna yeni PUA lar alacaq

10.02.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Müdafiə Qüvvələri yerli istehsal olan "BATON" pilotsuz uçuş aparatlarını (PUA) alacaq. Ukraynanın bu pilotsuz təyyarə kompleksləri kifayət qədər sürətlə düşmən hədəflərini tuta və vura bilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Silahların və Hərbi Texnikanın İstifadə Dövrünün Təminatı üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, bu pilotsuz təyyarələr kodlaşdırılıb və Ukrayna Müdafiə Qüvvələrinin bölmələrində istismara icazə verilib.

Mesajda bildirilir ki, BATON pilotsuz təyyarələri hərbi tələblər nəzərə alınmaqla, maksimum sadəlik və çətin şəraitdə işləməyin asanllaşdırılması prinsipi əsasında hazırlanıb. Onlar müxtəlif ölçülü çərçivələrə malikdirlər.

"Bu komplekslərin "döyüş quşları" müxtəlif hava şəraitində - şaxtada və istidə işləyə bilər. Struktur olaraq dronlar yaxşı dinamik xüsusiyyətlərə malikdir. Xüsusilə də onlar yüksək sürətlə düşmən hədəflərini tuta və vura bilirlər", - deyə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd edilib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, Ukrayna istehsalı olan "ZEUS" və "HADES" pilotsuz uçuş sistemləri kodlaşdırılıb və Ukrayna Silahlı Qüvvələrinin bölmələrində istifadəyə icazə verilib. Müdafiə Nazirliyi qeyd edib ki, bu komplekslərin manevr qabiliyyətinə malik FPV helikopterləri müxtəlif ölçülü karkaslara malikdir.

Bildirilib ki, mühərrik parametrləri və təkmilləşdirilmiş idarəetmə sistemi sayəsində bu komplekslər yüksək sürətlə düşmən texnikasını yaxalayaraq vura bilir. Onlar həmçinin sahə istehkamlarına, zirehli maşınlara və düşmənin canlı qüvvəsinə zərər verə bilərlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью