Onlara yeni mənzillər veriləcək

19.03.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Globalinfo.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.

Həyata keçirilən tədbirlərin davamı olaraq, sözügedən kateqoriyaya aid şəxslər üçün Salyan rayonunda 12 ədəd üçotaqlı mənzilin verilməsi nəzərdə tutulur.

Məlumata əsasən, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim ediləcək həmin mənzillərin satın alınmasına təxminən 1,1 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью