Icma.az bildirir, Qaynarinfo portalına istinadən. "Fox Corp" birinci rübdə gəlir proqnozlarını üstələyərək, ABŞ-da prezident seçkiləri öncəs
Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkətin səhmləri ticarətin açılışından əvvəl 3.5%-dən çox artıb.
Noyabrın 5-də keçiriləcək ABŞ prezident seçkiləri ilə bağlı ənənəvi xəbər və televiziya proqramlarına böyük maraq olması "Fox News" kimi kanallarda reklam xərclərinin artmasına səbəb olub.
"Fox"un baş icraçı direktoru Laklan Merdok, şirkət üzrə rekord səviyyədə siyasi reklam gəlirlərinə və "Tubi" reklam dəstəkli yayım platformasında güclü artıma diqqət çəkib.
Şirkət, ötən rüb üçün 3,37 milyard dollar proqnoza qarşı 3,56 milyard dollar gəlir əldə edib.
Rüb ərzində reklam gəlirləri təxminən 11% artaraq 1,13 milyard dollar proqnoza qarşı 1,33 milyard dollara çatıb.
Aydın Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.