Onlardan 5 kiloqrama yaxın narkotik maddə götürüldü

04.02.2025

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yevlaxda polisin keçirdiyi tədbirlər zamanı 4 nəfər saxlanılıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində Vüsal Əliyev, Ruslan Xəlilov, Rövşən Məmmədov və Natiq Bəkirov saxlanılıblar. Həmin şəxslərdən 5 kiloqrama yaxın marixuana və tiryək aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью