Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının X turunun “Qəbələ” – “Qarabağ” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Yeton Bekiri jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı
– Komandamdan razı qaldım. Müdafiədə yaxşı çıxış etdik, qol vurmaq şanslarımız oldu. Amma bilirsiniz ki, ölkənin ən yaxşı kollektivlərindən biri ilə qarşılaşdıq. Məncə, üç xala layiq idik.
– Komandanızın potensialını necə görürsünüz?
– Oyundan-oyuna daha yaxşı olmalıyıq. Futbolçularımız çox çalışmalıdır və hazırda bunu da edirlər. Mövsümlə bağlı proqnoz deyə bilmərəm. Maksimumu etmək istəyirik. Çempionatın gedişində gəlmişik və tam istədiyimizi meydanda görmək üçün zaman lazımdır.
– Qışda yəqin ki, heyətdə dəyişikliklər olacaq. Azərbaycanlı futbolçuların komandadakı durumu ilə bağlı nə düşünürsünüz?
– Heyətimizdəki bütün futbolçular birlikdə çalışır. Oynamağa layiq olanlar da meydana çıxır. Bu gün start heyətdə 5 yerli futbolçu var idi. Onlardan razı olduğum üçün “11-lik”də şans qazandılar.
– Çempionatda “Sabah”a 0:4 uduzdunuz, amma “Qarabağ”la heç-heçə etdiniz. Matçlar arasındakı dövrdə komandada nələri dəyişdiniz?
– İlk növbədə psixoloji dəyişiklik etdik. Sonra sistemlə bağlı işlər gördük. Komandamızın yaxşı imkanları var. “Sabah” və “Qarabağ” yüksək səviyyəli kollektivdir. Biz meydanda işimizi görürük və gün keçdikcə futbolçularda özgüvən yaranır.
Şahin Cəfərov