Onları 20 il həbslə hədələdi

21.03.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, avtomobil istehsalçısı "Tesla"ya qarşı təxribat törətməkdə təqsirli bilinən şəxslər 20 ilə qədər həbs cəzasına məhkum edilə bilərlər.

Milli.Az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Teslaya qarşı təxribat edərkən yaxalanan insanların 20 ilə qədər həbsxanaya düşmək şansı çox yüksək olacaq və buna sponsorları da daxildir. Biz səni axtarırıq", - ABŞ prezidenti yazıb. /"Report"

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью