Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İkinci Liqanın 11-ci turunda evdə "Şirvan"a 5:1 hesabı ilə qalib gələn "Xankəndi" növbəti çempionat matçını səfərdə "Quba"ya qarşı keçirəcək.
Qarabağ təmsilçisinin kapitanı Əziz Hüseynov həm son matç, həm də növbəti görüş barədə fikirlərini Fanat.Az-a bölüşüb: "Qırmızı vərəqə səbəbi ilə bir müddətdən sonra yenidən yaşıl meydana kapitan kimi qayıtdığım üçün çox sevinirəm.
Bizim üçün vacib olan qarşılaşmada böyük hesablı qələbə qazanmağımız bu sevinci ikiqat artırır. Sözün düzü, bir az həyacan da var idi.
Amma futbolun gözəlliyi də, elə bundadır! Həyacan olmasa, futbolun bir marağı da olmaz. "Şirvan" çətin rəqiblərimizdən sayılırdı.
İstək və mübarizəmizlə görüşdən qalib ayrılaraq liderliyimizi qoruduq. Növbəti oyunumuza gəlincə, bizi daha bir çətin qarşılaşma gözləyir.
“Quba” üzərində bu il həm kubokda, həm də çempionatda qələbə qazanmağımıza baxmayaraq, oyuna xüsusi olaraq hazırlaşırıq.
Bölgə təmsilçiləri ilə səfərdəki oyunlar çox gərgin keçir. Yerli azarkeşlərin çılığın dəstəyi oyunu daha maraqlı və baxımlı edir.