Onları hər gün geri istəyirlər Fotolar

08.01.2026

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Venesuela Prezidenti Nikolas Maduronun rəsmi teleqram kanalı onun həyat yoldaşı Siliya Flores ilə birlikdə tutulmasından sonrakı günləri saymaqdadır.

Sitat.info xəbər verir ki, kanal o vaxtdan bəri hər gün cütlüyün fotolarını “Biz onları geri istəyirik” başlığı ilə dərc edir.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Cütlük orada hakim qarşısına çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью