Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil

26.11.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Onları Messi və Ronaldo ilə müqayisə etmək doğru deyil"

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis Estevao Villian və Lamine Yamal kimi gənc istedadların Kriştiano Ronaldo və Lionel Messi ilə müqayisə edilməsinin doğru olmadığını bildirib. O, bu cür müqayisələrin 18 yaşlı oyunçular üzərində böyük təzyiq yaratdığını, onların isə sadəcə futboldan zövq almalı olduqlarını vurğulayıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 10-a çatdıran London təmsilçisi turnir cədvəlində 5-ci, 7 xalı olan “Barselona” isə 15-ci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью