Onları “təlxəklər komandası” adlandırdı

18.08.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın maliyyə naziri Skott Bessent və Pentaqon rəhbəri Pit Heqseti tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb

Qalibaf qeyd edib ki, ABŞ tərəfi Tehran üzərində təzyiqləri artırmaqla, heç bir mərhələdə razılaşmaya daxil olmayan güzəştləri əldə edə biləcəyinə ümid edir.

“Aydındır ki, Bessent və Heqsetin bunun öhdəsindən gəlmək bacarığı yoxdur. “Təlxəklər komandası”ndan şlyapadan dovşan çıxarmasını gözləməyi dayandırın və özünüz yaratdığınız qarışıqlığı düzəldin”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью