Onların aldıqları kirayə haqları artırılmalıdır Milli Məclisdə TƏKLİF | Icma.az
Sfera.az saytına istinadən Icma.az xəbər verir. “Azərbaycan Cənubi Qafqazın digər dövlətləri ilə müqayisə olunmamalıdır”.
Sfera.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin 25 noyabr 2024-cü il tarixli plenar iclasında çıxışı zamanı deyib.
“Bəzi hallarda eşidirik ki, Azərbaycanı Cənubi Qafqazın digər dövlətləri ilə müqayisə edirlər.
Lakin indi Azərbaycan ancaq Avropanın müəyyən inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər”, - millət vəkili bildirib.
S.Novruzov qeyd edib ki, hər il dövlət büdcəsinin artması sevindirici haldır: “Nəticədə nəzərdə tutulmuş bütün sahələrdə işlərin getməsi üçün olan vəsait öz əksini tapır.
Azərbaycanın özündən asılı olmadan düşdüyü vəziyyətlər var ki, mütləq vəsait ayrılmalıdır.
Məsələn, ermənilər tərəfindən Azərbaycan torpağına yerləşdirilən bir milyondan çox minanı təmizləmək üçün vəsait ayrılmalıdır.
30 ildə bizim məktəblər, xəstəxanalar, yaşalış evləri dağıdılıb. Hər il 4 milyard bura pul ayrılır.
Tam oxu
Xəbəri oxu