Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Nəfəs "Rəngarəng" verilişinin qonağı olub və səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Milli.Az-ın məlumatına görə, sənətçi onu tənqid edənlərə cavab verərək, öz yoluna və sənətinə inamını ifadə edib. Nəfəs bildirib ki, özünü başqalarından üstün görən və ona yuxarıdan aşağı baxan insanlara demək istədiyi çox söz var:
"Özünü yuxarıda görüb mənə yuxarıdan aşağı baxanlara demək istəyirəm ki, özləri ilə məşğul olub, səsləri üzərində işləsələr, öz qaranlıq dünyalarını da görərlər. Bir məsəl var, deyirlər atılan daşlardan saray tikmişəm, mən isə özümə villa tikmişəm".
Müğənni əlavə edib ki, təkcə antireklam və tənqidlər hesabına deyil, səhnəyə çıxdığı ilk gündən seviləcəyinə və tanınacağına inanıb. O, bu yolda irəliləməsində inamının əsas rol oynadığını vurğulayıb:
"İlk gündən inanmışam ki, seviləcəyəm, tanınacağam. Bizi yaradan Allaha şükür edirəm ki, məni bu yoldan ayırmadı".
Nəfəsin bu açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az