Onların da qudalığına son qoyuldu ÖZƏL | Icma.az
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin qudalığına son qoyulub.
Gununsesi.info xəbər verir ki, deputatın oğlu İsfəndiyar Möhbalıyevlə Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva boşanıb.
Onlar 2008-ci ailə qurmuşdu, birgə nikahdan 16 və 11 yaşlı iki övladı var.
Məlumata görə, boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə İsfəndiyar Möhbalıyev ərizə verib. Qarşı tərəf də razılaşıb.
“Qarşılıqlı razılaşma ilə uşaqların hər ikisi anada qalıb. Buna baxmayaraq, ana uşaqlar üçün alimentdən də imtina edib”, deyə məlumatda bild
Qeyd edək ki, İsfəndiyar Möhbalıyev əvvəllər daxili işlər orqanlarında çalışıb.
O, Bakının Yasamal, Xəzər, Qaradağ rayonlarının polis rəisi və başqa vəzifələrdə çalışıb.
Tam oxu
Xəbəri oxu