Onların dövlət məvacibi yeni qaydada müəyyənləşir

06.05.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi yeni qaydada müəyyənləşir.

"Unikal" xəbər verir ki, bu barədə "Diplomatik xidmət haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, onların məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitir və s.) ibarət olacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulan vəzifə maaşına əlavələrdən ibarət idi.


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Səhiyyəsi” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, direktoru Rəfayil Mustafayev və səhiyyə işçiləri iştirak ediblər. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью