525.az saytına istinadən Icma.az xəbər verir.
“Bugünkü şagirdlər əvvəlki nəsillərlə müqayisədə daha çox informasiya yükü, daha çox seçim və diqqəti yayındıran faktorlarla üz-üzədirlər. Onların ehtiyacı tənqid yox, düzgün istiqamət və motivasiyadır".
Bunu 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katib Günay Əkbərova deyib. Onun sözlərinə görə, məktəbin başlıca ideyası budur: şagirdi yalnız imtahana deyil, həyata hazırlamaq. Universitet bu yolun yalnız bir mərhələsidir:
"Hazırda imtahana hazırlaşan abituriyentlərə də bir söz demək istəyirəm: qarşıdakı imtahan sizin dəyərinizi müəyyən edən son hökm deyil. Bu, sadəcə həyat yolunda bir mərhələdir. Əziyyətiniz hədər getmir, amma unutmayın ki, uğur yalnız baldan ibarət deyil. Səbir, davamlılıq və özünüzə inam çox vaxt nəticədən də güclü olur".
Sevinc Qarayeva