Onların əməkhaqlarının artırılmasına ciddi ehtiyac var Həsənquliyev | Icma.az
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır. “İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır”.
Publika.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“COP-29-un yüksək səviyyədə təşkili və əldə olunan nəticələrə görə hökumət üzvlərinə, xidməti olan hər kəsə təşəkkürümü bildirirəm.
İslahatların uğurlu aparılmasını təmin edəcək güclü xarizmatik prezidentin, Birinci vitse-prezidentin, qəbul olunacaq qərarların uğurla həyata keçirilməsini təmin edəcək.
Baş nazirin olmasını nəzərə alaraq və islahatlara inanaraq, iqtidar nümayəndələrinin fərqli fikrə hörmət və dözümlə yanaşacağı ümidi ilə bəzi məsələlərə münasibət bildirmək istəyirəm.
Hər il olduğu kimi həmkarlarım hansısa işlərin görülməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcədən əlavə vəsait ayrılmasını təklif edir.
Amma sual yaranır, hardan kəsib hara yönəldək? Bütün istiqamətlər üzrə xərcləri artırmağa ehtiyac var.
Ona görə müzakirələr daha çox büdcə gəlirlərinin artırılmasına dair təkliflər verməkdən ibarət olmalıdır”.
Tam oxu
Xəbəri oxu