Onların əməyini nəzərdən qaçırmaq olmaz Nazir müavini

28.10.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hazırda auditoriyamızda beş qitəni təmsil edən 44 ölkədən 100-dən çox iştirakçı var. Bizim üçün olduqca maraqlı ölkələrdən gələn gənc liderlər də qonaqlarımız arasındadır”.

Redaktor.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirdi.

O vurğuladı ki, həmin ölkələrdən bəziləri bu forumda əvvəllər heç vaxt təmsil olunmayıb:

“Eyni zamanda, qısa müddət ərzində dəvətimizə müsbət cavab verən və dəstəyini əsirgəməyən Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Nazirlik yalnız düşərgə üçün məkan təmin etmədi, həm də öz təcrübəsini, biliklərini və tərəfdaşlığını bizimlə bölüşdü. Bundan əlavə, azərbaycanlı gənclərin bu foruma cəlb olunması və onların tədbirdə fəal iştirakının təmin edilməsi istiqamətində görülən işləri də xüsusi qeyd etmək istərdim.

Əlbəttə, təşkilati işlərin arxa planında çalışan bütün insanlara da təşəkkür etməliyik. Onların əməyini nəzərdən qaçırmaq olmaz. Buraya könüllülər, bütün tərəfdaş təşkilatların təşkilatçılıq komandaları və, əlbəttə ki, bütün məsələlərin həllində və tədbirin təşkilində ön sıralarda dayanan NAYORA — Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası daxildir”.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью