Onların etdiyi ədalətsizlikdir Rodri özündən çıxdı

02.02.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasının (İPL) 24-cü turunda "Tottenhem"lə 2:2 hesablı heç-heçə edən "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri matçın baş hakimi Robert Consu və köməkçilərini bərbad idarəçilikdə suçlayıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı ulduzun sözlərini "Sky Sports" belə çatdırıb:

"Birinci qol vurulan zaman hakimlər kobud səhvə yol verdilər. O qolu hesaba almaq olmazdı. Bu bizə çox təsir etdi.

Hakimlər barədə heç vaxt danışmıram. Onların işin hörmətlə yanaşıram, amma bu, ardıcıl ikinci və ya üçüncü oyundur ki, eyni halla üzləşirik. Bilmirəm niyə belə səhvlər edirlər. Hə, biz çox qələbələr qazanmışıq, insanlar qalib gəlməyimizi istəyirlər, lakin hakim neytral olmalıdır. Onların etdiyi ədalətsizlikdir".

24 oyuna 47 xal toplayan "Mançester Siti" İPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutub.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью