Onların komandaları qalib gəldi

09.11.2024

Icma.az bildirir, News24 portalına istinadən.

Futbol üzrə Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilir.

News24.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Esenler Erokspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Renat Dadaşov zədəli olduğu üçün onun adı matçın protokoluna daxil edilməyib. U-19 millimizin üzvü Həsən İsə sona qədər ehtiyatda qalıb.

12 turdan sonra 19 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.\\Sportal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью