Onların maaşının artırılması üçün 550 milyon ayrılır

25.09.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müdafiə Nazirliyinin bütün hərbçilərinin maaşlarınım artırılması üçün 550 milyon manatadək vəsait ayrılacaq.

Milli.Az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev bildirib.

"Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin maaşları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq", - komitə sədri qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью