Onların mahnısı “YouTube”a qaytarıldı

31.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“YouTube”dan silinən duet ifası yenidən yayımlanıb.

“Yeni Sabah” xəbər verir ki, söhbət Əməkdar artist Vasif Məhərrəmli və Vəfa Şərifovanın birlikdə oxuduğu “Qəmzələrin oxdur” mahnısından gedir.

Bir müddət əvvəl “YouTube” platformasından silinən duet bu dəfə yenilənmiş versiyada yenidən paylaşılıb və qısa zamanda maraqla qarşılanıb. Sezar pizza

Vəfa Şərifova və Vasif Məhərrəmlinin dueti bəstəkar Mənsur Daneşvərin şikayəti ilə yutubdan silinmişdi.

M.Daneşvər mahnının icazəsiz oxunduğu və sözlərinin dəyişdirildiyi iddia etmişdi.

 Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью