Onların Mavasi bölgəsinə getmələrini istədilər

19.05.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail ordusu Qəzzanın cənubundakı böyük bir ərazi olan Xan Yunisin boşaldılmasını tələb edərək oraya hücum edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrail ordusunun sözçüsü Avichai Adraey sosial media hesabında Qəzzanı hissələrə bölən və cənubdakı Xan Yunis şəhərində böyük bir ərazini qırmızı rənglə qeyd edən xəritəni paylaşıb.

Xan Yunis şəhərinə  hücum edəcəyini açıqlayan İsrail ordusu oradakı fələstinlilərdən sahil zolağındakı Mavasi bölgəsinə getmələrini istəyib.

İsrail ordusunun qırmızı rənglə qeyd etdiyi əraziyə Xan Yunis, eləcə də Qəzzanın cənubundakı əhalinin sıx məskunlaşdığı Abasan və Beni Suheil rayonları daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью