Onların nefti var, bu, 300 il bəs edər Tramp

17.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranın mülki atom enerjisi proqramına ehtiyacı yoxdur, çünki ölkə zəngin neft ehtiyatlarına malikdir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.

"Onların çoxlu nefti var. Bu neft onlara 300 il çatar. İnsanlar anlamırlar ki, bu, dünyanın ən zəngin ölkələrdən biridir. Sizin sonsuz neft və qaz ehtiyatınız olduğu halda, niyə mülki nüvə enerjisinə ehtiyacınız olsun? Əgər siz ən zəngin neft ehtiyatlarından birinin sahibisinizsə, mülki atom nəyinizə lazımdır?" - Ağ Ev rəhbəri bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью