Onların nəşi bu gün Bakıya gətiriləcək

28.12.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarədə həyatını itirən növbəti 22 nəfərin nəşi bu gün Bakıya gətiriləcək.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az etibarlı mənbələrdən məlumat əldə edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью